Bugünlərdə “Qarabağ”ı "Ferentsvaroş"a dəyişən Juliu Romau UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunları üçün sifariş olunub.
Prosport.Az xəbər verir ki, Macarıstan klubu 26 yaşlı yarımmüdafiəçinin adını Çexiya “Viktoriya”sı ilə matçlarının iştirak ərizəsinə daxil edib.
"Ferensvaroş”la “Viktoriya” arasında oyunlar fevralın 13-20-də keçiriləcək.
Qeyd edək ki, Romau bu mövsüm “Qarabağ”la Liqa mərhələsində 7 oyunda meydana çıxıb. Bununla da futbolçu bu mövsüm 2-ci klubla avrokuboklarda çıxış edəcək.

