Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Vətən"ə atılan çamur, və ya "Neftçi", sən niyə susursan?
    8.02.2025 12:05:55

    "Bizim "Neftçi" və "Qarabağ"la oyunlarımız derbi ab-havasında keçir. Bu səbəbdən də insidentsiz ötüşmək mümkün olmur". 

    Bunu Prosport.Az-a "Vətən"in 17 yaşadək komandasının (U-17) baş məşqçisi Elvin Həsənov deyib.

    O, AFFA U-17 Liqasının "Vətən" – "Neftçi" (0:3) oyununda yaşanan insidentdə onların günahının olmadığını bildirib: "Bu yaşda futbolçularda keçid dövrüdür. Ona görə də futbolçuların hərəkətinə ciddi yanaşırıq. Bizdə bu komanda rəqiblərindən 1 yaş kiçikdir. Bu çempionata belə buraxmışıq ki, inkişaf etsinlər, yəni nəticə önəmli deyil.

    69-cu dəqiqədə onların 9 nömrəsi gəlib bizim kapitan Samir Şərifovu vurdu. Mən orada hakimə (Cəsarət Vahidov) etiraz edirəm ki, bunu görmürsən? Həmin vaxt onların bir oyunçusu mənə aqressiv tonda etiraz etdi. Mən də ona cavab verdim ki, danışığını bil.

    Rəqib baş məşqçini vuran göy papaqlı azarkeş Abdullanın isə bizimlə heç bir əlaqəsi yoxdur. Sadəcə, bizim uşaqlarla "TikTok" çəkib paylaşır. Özünün fanat ordusu var.

    O, stadiona düşərək rəqib baş məşqçini aparır ki, sakitləşdirsin. Sonra orda nə baş verirsə, bir-birləri ilə dalaşırlar. Təhqiqatçı da bizə göstərdi ki, əvvəlcə bir-birlərini vururlar, sonra onlar tökülüşüb onu vurur. Hər iki tərəf xəsarət alıb. Hadisə o qədər sürətli cərəyan etdi ki, biz ayırmağa imkan tapmadıq. Nə mən, nə qapıçılar üzrə məşqçi, nə də inzibatçımız (halbuki mətbuatda ilkin olaraq həmin şəxsin "Vətən"in inzibatçısı olduğu bildirilmişdi – red.) o tərəfə getməyib. "Vətən" futbol məktəbinin direktoru Mustafa Həsənov da bu barədə danışıb. "Neftçi"nin baş məşqçisini vuran şəxsi adı protokolda olmayıb, necə texniki zonada otura bilər ki? Mümkün deyil".

    Elvin Həsənov bildirib ki, oyundan sonra polis tərəfindən təhqiqat aparılarkən onun üzərində "Sabah" forması olmasına da aydınlıq gətirib: "O, yetim uşaqdır. Əynində tək "Sabah"ın yox, "Neftçi"nin, "Qarabağ"ın da forması var. Yəni, kim nə verirsə, onu geyinir. 17 ildir ki, futboldayam. Klubdan bizə hər il tam heyət forması verilir. Mən də bunları yenisi veriləcək deyə, paylayıram".

    Məsələ ilə bağlı "Neftçi" U-17-nin baş məşqçisi Asif Ramazanovun da fikirlərini öyrənməyə çalışdıq. Xəstəxanadan yenicə çıxdığını deyən Ramazanov danışmaq icazəsi olmadığını bildirərək bunu deməklə kifayətləndi: "Videoda hər şey görünür".

    Maraqlıdır ki, bu qədər qanlı insident fonunda "Neftçi" məsələyə susqunluq nümayiş etdirdi. Nə baş məşqçisinə danışmağa icazə verdi, nə də özləri bəyanat yaydı. Ya görünür, "Vətən"in rəhbərliyinin AFFA-nı idarə edənlərin əlində cəmləşməsi onları susmağa vadar etdi, ya da mətbuatda günahın "Vətən"ə atılması onlara sərf etdi ("Vətən"ə yaxınlığı olan elm və təhsil naziri Emin Əmrullayevin bir gün sonra sponsor imzalanma mərasiminə dəvət olunması da "günahkarıq, bizi bağışlayın" anlamına gələ bilər).

    Hər halda, belə məsələlərə münasibət bildirmək ən doğru variant olardı. Bəli, Abdullah və ya APO kimi tanınan azarkeş "Sabah", "Vətən" camiəsinə yaxın ola bilər. Ancaq onun meydançaya çıxmasına görə məsuliyyəti "Vətən" yox, təhlükəsizlik orqanları daşıyır. Məsələyə susqunluq nümayiş etdirilməsi ləkənin "Vətən"in üzərində qalması anlamına gəlir. Bu isə "Neftçi"yə heç yaraşmır.

    Səbuhi Musa

    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved