Juninyunu “Flamenqu”ya, Juliu Romaunu “Ferensvaroş”a göndərən “Qarabağ”ın daha bir aparıcı futbolçusuna Avropadan ciddi maraq var.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Zaqreb “Dinamo”su Marko Yankoviçi menecerlər vasitəsiliə bu istəyindən xəbərdar edib.
Çempionlar Liqasının pley-off mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmış və hər iki oyunda qalib gəlmiş Xorvatiya klubu onunla danışıqlar aparmağa hazırdır. Bunun üçün Monteneqro yığmasının futbolçusu məkanı dəyişmək niyyətində olub-olmamsı barədə onlara qəti fikir bildirməlidir.
2022-ci ilin yayından “Qarabağ”ın formasını geyinən balkanlı legioner hələlik “Dinamo”nun istəyinə reaksiya verməyib.

