“Turan Tovuz” heyətinə yeni futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Xayderson Urtado ilə danışıqları müsbət yekunlaşdırıb.
29 yaşlı mərkəz müdafiəçisi ilə 2,5 illik müqavilə bağlanılıb. Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu karyerası ərzində Braziliyanın “Jenus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Serec”, “Skalitsa” klublarının şərəfini qoruyub.
Xayderson Urtado son olaraq Çexiya “Yablonets”inin formasını geyinib.

