"Turan Tovuz”dan ayrılan Otto Conun yeni klubu rəsmiləşib.
Prosport.Az xəbər verir ki, nigeriyalı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra Liviyanın yüksək liqa təmsilçisi “Əl-Mədinə” klubu ilə müqavilə imzalayıb.
Müqavilənin detalları barədə məlumat verilməyib
27 yaşlı futbolçu 2023-cü ilin yayında “Turan Tovuz”a keçmişdi. Bu komanda ilə 56 oyunda meydana çıxan Otto Con 16 qol vurub.
"Transfermarkt"a görə, bu transfer üçün Tovuz təmsilçisinə 200 min avro pul ödənilib.

