Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Romaunun gedişinə üzülürəm, Kadinin gəlməsinə sevinirəm" – Qurban Qurbanov
    6.02.2025 21:30:37

    Azərbaycan Kubokunun 1/4 finalında baş tutan “Səbail” – “Qarabağ” (0:1) arasındakı ilk matçdan sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini böülüşüb:

    – Futbolçularımı təbrik edirəm. Çox yaxşı bir komandaya qalib gəldik. Xüsusən də 2-ci hissədəki dəyişiklik rəqibin keyfiyyətini artırdı. Həm topla, həm də topsuz çox yaxşı davrandılar. Bu ilk oyundur. Növbəti oyun daha da gərgin keçə bilər. Belə soyuq havada komandalarına dəstək olan hər iki tərəfin azarkeşlərinə təşəkkür edirəm.

    – Kadi Borjesin transferi məcburi addımdır yoxsa başqa seçim imkanız var idi?
    – Xeyr, sadəcə əlimizdə belə bir şans oldu və biz də istifadəe etdik. Bəlkə də son gündə danışıqlar getdi. “Ferensvaroş”dan Juliu Romauya dəfələrlə təklif gəlmişdi. Həmin danışıqlar zamanı belə bir variant təklif etdilər və biz də razılaşdıq. Lazımlı oyunçu idi. Belə bir futbolçunun komandaya qoşulması bizim üçün xoşdur.

    – Kadinin gəlişinə daha çox sevinirsiniz, yoxsa Romaunun gedişinə daha çox üzülürsünüz?
    – Hər bir gedən futbolçuya görə üzülürəm. Çünki insan öz dostlarına, iş yoldaşlarına uyğunlaşdıqda, ayrılmaq asan deyil. İstəyərdim ki, o da komandada qalsın. Sadəcə, sonda "yox" deyə bilmədik. Bəlkə də Kadi olmasaydı, Romaunu mövsümün sonuna kimi komandada saxlayacaqdıq. Romaunun gedişinə üzülürəm, Kadinin də gəlməsinə sevinirəm.

    – Bu transferlə kifayətlənəcəksiniz, yoxsa yay üçün planlarınız var?
    – Planlarımız var. Amma qış üçün çətindir. Kadinin transferi son günlərdə alındı. Bəlkə də düşünmədiyimiz transfer oldu. Sabah belə bir təklif olsa, yenə hansısa keçid baş tuta bilər. Ancaq yay üçün transferlər etməyi düşünürük.

    – Kadi klubdan gedənə qədər sağ cinahda çıxış edib. Həmin mövqedə kifayət qədər futbolçunuz var. Kim ehtiyata düşəcək?
    – Hansısa futbolçunun ehtiyata düşəcəyini deyə bilmərəm. Ümumiyyətlə, Kadi bir az fərqli-fərqli mövqelərdə oynamağı bacaran futbolçudur. Onun hazırlığını gördükdən sonra qərarımızı verəcəyik. Təki sağlam futbolçularımız olsun. Çünki bizə keyfiyyətli oyunçular çox lazım olur.

    – Eyni futbolçuların xidmətindən istifadə etdiyinizə görə mediada qınanırsınız. Bu tendensiya nədən irəli gəlir?
    – Mən qınanılmağıma heç bir reaksiya vermirəm. Hər bir şəxsin fikri azaddır. Oyunçulara gəlincə, buradan ayrılanların 80%-nin getməsini istəməmişəm. Nə Juninyu, nə Romau, nə Kadi, nə də digərlərinin. Bəzən elə addımlar atırıq, amma yeni sima komandaya uyğunlaşmır və biz itiririk. Bu addımları da klubun gəlirlərini gözləyərək atırıq. Amma geridönüşlərinə sevinirəm. Onsuz da onlar güvəndiyimiz futbolçulardır. Dünya praktikasında bəlkə də belə hallar azdır. Amma bizim kimi kiçik futbol ölkəsində belə hallar olur.

    – İcraiyyə Komitəsinin (İK) iclaslarında darıxmırsınız?
    – Xeyr, orada çox aktiv diskussiya gedir.

    – İK-nın son iclasında qəbul edilən qərarlardan sonra hansı yenilik gözləyirsiniz?
    – 2 komanda Premyet Liqaya gəlirsə, bu onsuz da yenilikdir və müsbət haldır. Hansı bölgələrdən komanda gələcəksə, orada futbola maraq daha da artacaq. Hazırda hansı keyfiyyəti verəcəyini deyə bilmərəm. Məncə, bunun olmamağındansa, olmağı daha yaxşıdır.

    – Yeni mövsümlə bağlı belə bir söhbət var ki, Premyer Liqanın sonuncusuyla I Liqanın 3-cüsü pley-off oynayacaq. Sizcə, bu, ədalətlidir?
    – Hansısa addım olması mütləqdir. Növbəti İK iclasında bu barədə müzakirələr olacaq. Əgər indidən bilinsə ki, sonuncu yeri tutan komanda elitada qalacaq, bu, rahatlıq gətirəcək. Amma bilsə ki, pley-off oynanılacaq, o zaman işlər çətinləşəcəcək. Bu fikrə müsbət yanaşıram.

    – İndi çempionatda legioner limiti “7+4”dür, amma I Liqadakı komandalarda heç 7 əcnəbi yoxdur. Bu necə olacaq?
    – Hər liqa üçün atılan bir addımdır. Məncə, normaldır. Aşağı liqalarda da legionerlərin sayını dəyişsələr, çətin olar.

    – Düşünümürsünüz ki, ən yaxşı variant sonuncu pillə tutan komandanın getməsi və aşağıdanda ilk 3 komandanın gəlməsidir?
    – Birdən-birə 3 komandanın gəlməsi bir az çətin olacaq. Növbəti mövsümdən ola bilər ki, sonuncu pilləni tutan getsin. İllər boyu elə olub ki, nə elitadan komanda düşüb, nə də gəlib. Ancaq bu il şans yaradılır.

    – Ümumiyyətlə, 12 komanda olsa, 4 dövrə çoxluq təşkil edir…
    – İclasda 4 dövrə müzakirə olunmadı. Böyük ehtimal 3 dövrə olacaq. Ya da hansısa “6-lıq”lara bölünəcək. Ümumən turların sayında artım olmayacaq.

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved