"Neftçi"dən ayrılan Lukas Melano özünə yeni komanda tapıb.
Prosport.Az xəbər verir ki, argentinalı ABŞ-də oynayacaq. O, aşağı liqa klubu “Mayami” ilə anlaşıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında "Neftçi"yə transfer olunmuş Melano ötən il avqustun 29-da komandadan göndərilmişdi. O,“Neftçi”nin heyətində 12 rəsmi oyun keçirmişdi.

