Türkiyənin "Ümraniyespor" komandası Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin transferini açıqlayıb.
Prosport.Azklubun rəsmi saytına istinadən xəbər verir ki, I Liqa təmsilçisinin etdiyi paylaşımda 28 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğu bildirilib.
Qeyd olunub ki, təcrübəli oyunçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Xatırladaq ki, 3 gün öncə "Zirə"dən "Səbail"ə keçən Coşqun Diniyev 1 oyun belə keçirmədən komandadan ayrılıb.

