“Qarabağ”ın sabiq futbolçusu Juninyu ötən ay transfer olunduğu “Flamenqu”da qol hesabını açıb.
Prosport.Az xəbər verir ki, 28 yaşlı hücumçu Kariokanın A Seriyasının “Portuqeza” ilə görüşündə fərqlənib.
O, komandasının 5:0 hesablı qələbə qazandığı qarşılaşmanın 40-cı ilk qolun müəllifi olub. Səfərdə fərqlənən Juninyu “Flamenqu”dakı 3-cü oyununda rəqib qapısına yol tapıb
Qeyd edək ki, bu, forvardın karyerasında Kariokada vurduğu ilk topdur.

