Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Macarların Azərbaycan "sevgisi"
    5.02.2025 23:46:46

    Məlum olduğu kimi, "Qarabağ" sabiq futbolçusu Kadi Borjesi sırasına qatdı. Vaxtı ilə 5 milyon dollara Rusiyanın "Krasnodar" klubuna satdığı futbolçu bu dəfə Ağdam təmsilçisinə pulsuz başa gəldi. Çünki Ağdam təmsilçisi Kadiyə nisbətdə daha yaxşı formada olan Juliu Romaunu Macarıstanın "Ferensvaroş" komandasına pulsuz buraxdı. 

    Maraq üçün onu da bildirək ki, Juliu Romau 2022-ci ilin iyulunda "Qarabağ"a 350 min avroya başa gəlmişdi. Ağdam təmsilçisi o vaxt Serbiya "Partizan"ına keçən Patrik Andradenin yerinə ona görə Portuqaliyanın "Santa Klara" klubuna bu qədər pul ödəmişdi.

    Bəs "Ferensvaroş" niyə Azərbaycanda oynamış legionerləri heyətinə qatmaqda maraqlıdır?

    Prosport.Az-ın xəbərinə görə, Juliu Romaudan və Kadidən əvvəl də Budapeşt klubu Azərbaycanda oynamış futbolçulara maraq göstərib. Klubun prezidenti, Macarıstan Milli Assambleyasının deputatı Qabor Kubatovun bir ara Azərbaycan mətbuatında soyadının Qubadov və özünün də Azərbaycan əsilli olduğu deyilsə də, bu fakt təsdiqini tapmadı. Daha sonra məlum oldu ki, onun kökləri Bolqarıstandandır. Sözü uzatmayaraq, "Ferensvaroş"un maraq göstərdiyi "azərbaycanlılar"a nəzər yetirək.

    1. Ovusu Kvabena. Hər şey 2022-ci ilin avqustunda "Qarabağ"la "Ferensvaroş"un UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki oyunlarından sonra başladı. Qurban Qurbanovun yetirmələri o vaxt rusiyalı məşqçi Stanislav Çerçesovun çalışdırdığı Budapeşt klubu ilə Bakıda 1:1 oynayıb, səfərdə onları 3:1 məğlub edərək pley-offa adladı. Bu matçlar Macarıstan futbolunda "Qarabağ"a marağı artırdı. İlk belə təklif "Qarabağ"da heyətə düşməyən, 2021/22 mövsümündə Türkiyənin "Ankaragücü" klubunda icarə əsasında çıxış edən Kvabenaya gəldi. Səbəb sadə idi. Kvabena tərəflərin 1-ci oyununda (6 ay əvvəl) 34-cü dəqiqədə bərabərlik qoluna imza atmış və o vaxtdan macar skautlarının diqqət mərkəzində idi.

    Qanalı hücumçu 2023-cü ilin yanvarın 31-də "Ferensvaroş"la 2 illik müqavilə bağladı. Düzdür, o, ümidləri doğrultmadı. Həmin vaxtdan bəri Macarıstan çempionatında 19 oyuna cəmi 2 qol vurmaq bir hücumçuya yaraşmayan statistikadır. Bu səbəbdən də Ovusu bu ilin qışında Macarıstanın digər klubu "Zalaeqerseq"ə icarəyə verilib.

    2. Mateus Saldanya. Yaponiyanın "CEF Yunayted" komandasından "Neftçi"də icarə əsasında oynamış futbolçu 2023-cü ilin yayında intizamsız davranışları səbəb göstərilməklə komandadan göndərildi. Ancaq o elə həmin ilin 28 iyulunda Serbiya nəhəngi "Partizan"la 4 illik müqavilə bağladı. Bunun üçün serblər Yaponiya klubuna 1,3 milyon avro pul ödədi. Həmin 2023/24 mövsümü isə Saldanyanın "ayağı açıldı": Serbiya çempionatında 28 oyuna 18 qol! Bu statistika "Ferensvaroş"un da diqqətini cəlb etməyə bilməzdi. Braziliyalı hücumçu "Partizan"a müəyyən transfer məbləği qazandıraraq ötən il sentyabrın 3-də "Ferensvaroş"la müqavilə bağladı. 17 gün sonra isə ilk qolunu MTK-ya vurdu. Sentyabrın 29-da isə "Puşkaş Akademiya"sı ilə matçda het-trik etdi. Hazırda Macarıstan çempionatında onun aktivində 6 qol var.  

    3. Kadi Borjes. 35 dəfə Macarıstan çempionu olmuş "Ferensvaroş" bu dəfə "Krasnodar"da ağır zədədən sonra heyətə düşməkdə çətinlik çəkən sabiq "Qarabağ"lıya elçi düşdü. Təbii ki, artıq Kadinin qiyməti də əvvəlki tək 5 milyon etmirdi. Macarlar cəmi 2 milyon avro ödəməklə onu heyətinə qatdı. 8 iyulda yeni klubu ilə müqavilə bağlansa da, 13 oyuna cəmi 2 qol vura bildi. 

    Bu səbəbdən də Juliu Romau ilə Kadinin dəyişdirilməsi həm "Ferensvaroş"un, həm də Juninyunu "Flamenqu"ya satmış "Qarabağ"a sərf edir. Gözləmək olar ki, Kadi "Qarabağ"a qayıdışında bu dəfə cinahda və ya hücumun arxasında yox, hücumun məhz sivri ucunda çıxış edəcək.

    Yuxarıda qoyduğumuz suala cavabı isə belə vermək olar. Belə başa düşmək olar ki, "Qarabağ"ın seleksiya işi "Ferensvaroş"da müsbət fikir formalaşdırmağı bacarıb. Bu səbəbdən macarlar sirli qutudansa, hazır "xammal"dan yararlanmağı daha üstün tutur. Onlardan Ovusu Kvabena və Kadinin Macarıstanda özünü göstərə bilməməsi isə başqa söhbətin mövzusudur.

    Səbuhi Musa 

    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved