Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu haqda danışılmayanda mən danışmışdım" – Samir Abasov
    5.02.2025 18:33:28

    "Özünüz bilirsiniz ki, bu turnirə necə köklənmişik. Kubok bizim üçün stimuldur, özümüzə ümid kimi görürük. Qarşımıza məqsəd qoymuşuq. Çətin səfərdə qələbə qazanmaq yaxşıdır. Amma bu o demək deyil ki, sondur. Rəqibə epizodlar verdik. Özümüz də böyük hesabla qalib gələ bilərdik. Əsas odur ki, bu oyun bizə nəticə olaraq digər matça hazırlaşmaq üçün motivasiya oldu, ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun əhəmiyyətini anlayır. Vəssalam, evə gedib, çempionat matçına hazırlaşacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – "Neftçi" ardıcıl 2 oyundur ki, qalib gəlir, həm də qol buraxmır. Komanda müdafiədə daha etibarlı görünür. Nə dəyişib?
    – 
    Bura gələndən seriya əldə edə, komanda şəklində özümüzü tapa bilmirdik. Demirəm ki, indi ideal durumdayıq. Sadəcə, çıxış yolları axtarmağa başladıq. Fikirləşdim ki, bizim üçün ən idealı oyun içində intizamı qorumaqdır. Bunlar da rəqibə epizod verməmək, sıx, müdafiədə bir-birini sığortalayaraq oynamaqdır. Bunun ən yaxşı nümunəsi “Sabah” və “Şamaxı”ya qarşı görüşlərimizdir. "Kəpəz"ə qarşı bu gün oynadığımız matçı da ora aid etmək mümkündür. Çıxış yolu tapmalıyıq.

    – Növbəti mövsüm Premyer Liqada komanda sayı artırılacaq, legioner limiti isə ləğv ediləcək. Bu qərarlara münasibətiniz necədir?
    – 
    Bu haqda danışılmayanda mən danışmışdım. Hətta o vaxt jurnalistlər deyirdi ki, bəs, Samir Abasov belə fikirlər səsləndirdi. Sanki Samir Abasov Azərbaycan futbolunun müqəddəratını həll edən adamdır. İndi isə belə qərar çıxdı. Dünən Tovuza qatarla yol gəlmişik. Eyni adamlar elə yanımda yenə bu haqda danışırdılar. İnanın ki, bu söhbətlərə girmədim, bu haqda fikirləşmədim. O qədər işimiz var ki, aşıb-daşır. Kubok görüşləri, çempionat oyunları... Bu söhbətlər necə olacaq, yaxşı-pis tərəfini fikirləşməmişəm, fikirləşməyəcəyəm də. Hansı qərar çıxacaq, ona uyğun hərəkət edəcəyik.

    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved