Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Prosport.Az xəbər verir ki, ilk olaraq meydana “Kəpəz” və “Neftçi” komandaları çıxıb.
Tovuz şəhər stadionunda oynanılan görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 35-ci dəqiqədə hücumçu Ağadadaş Salyanski, 69-cu dəqiqədə braziliyalı mərkəz müdafiəçisi Yuri Matias vurub. Komandalar arasında cavab qarşılaşması fevralın 28-də keçiriləcək.
Günün 2-ci matçında “Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edəcək. Oyun saat 18:30-da start götürəcək.
Qeyd edək ki, bu mərhələnin görüşlərinə sabah yekun vurulacaq.

