"Qarabağ"dan ayrılan braziliyalı futbolçu Juliu Romaunun Macarıstan təmsilçisi "Ferentsvaroş"a keçidi rəsmiləşib.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
2022-ci ildən "köhlən atlar"da çıxış edən Juliu Romau 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.
15:08
“Qarabağ” Juliu Romau ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən Ağdam təmsilçisində çıxış edən Romau 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, Juliu Romaunun Macarıstanın "Ferentsvaroş" klubuna keçəcəyi gözlənilir.

