Albaniyanın "Eqnatiya" klubunun və Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin karyerasını Belçikada davam etdirmək imkanı olub.
Prosport.Az sport24.az-a istinadən xəbər verir ki, ikinci liqada çıxış edən "Yupen" 23 yaşlı müdafiəçini icarəyə götürmək istəyib.
Ancaq oyunçu viza məsələsini həll edə bilmədiyi üçün keçid baş tutmayıb.
Qeyd edək ki, Zamiq Əliyev ötən ildən Albaniya klubunun uğurları üçün çalışır.

