“Araz-Naxçıvan” transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış ilk keçidini rəsmiləşdirib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqada 2-ci pillədə yer alan komanda ötən ilin iyununda “Qəbələ”dən Moldovanın “Şerif” klubuna keçən Əyyub Allaşı sıralarına qatıb.
Tiraspol təmsilçisi ilə 2 illik sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verən Mərakeş əsilli belçikalı “Araz-Naxçıvan”la 6 ay + 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Əyyub Allaş “Turan Tovuz”un da transfer siyahısında olub. O, "Qəbələ"də Elmar Baxşıyevin rəhbərliyi altında çıxış edib.

