"Qarabağ"ın əsas heyətinə düşə bilməyən Qaspar Panadero klub axtarışını davam etdirir.
Prosport.Az-ın məlumatına görə, ökəsində olan ispaniyalı futbolçu klublarla danışıq aparır. Lakin 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlamağa isti yanaşan klub olmayıb.
Bu səbəbdən Qaspar Panadero müqaviləsinin sonuna qədər Ağdam klubunda qala bilər. Onun sözləşməsi növbəti ilin iyunun 30-da başa çatacaq.

