AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma fevralın 13-də İstanbuldakı "Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
Qeyd edək ki, Məmmədov daha əvvəl də bir neçə dəfə "Fənərbağça"nın oyununa təyinat alıb.