AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev qurumdakı baş katib vəzifəsindən ayrılıb.
AFFA-dan Prosport.Az-a verilən məlumata görə, o, icraçı vitse-prezident vəzifəsində qalacaq.
Bu isə o deməkdir ki, tezliklə AFFA-da yeni baş katib təyinatı olacaq.
15:39
Sərxan Hacıyev AFFA-dan gedib. O, icraçı vitse-prezident və baş katib vəzifələrini tərk edib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Hacıyevlə AFFA rəhbərliyi arasında bəzi məsələlər barədə fikir ayrılığı yaranıb.
Uzun illərdi federasiyada çalışan Sərxan Hacıyev yekunda getmək qərarı verib.

