"Beroe"nin hücumçusu Santyaqo Leandro Qodoyla maraqlanan "Qarabağ"a rəqib çıxıb.
Prosport.Az xəbər verir ki, argentinalı forvardı Türkiyənin "Bodrumspor" klubu da transfer etmək istəyir. Onun "Beroe" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Xatırladaq ki, Leandro karyerası ərzində "Rasinq", "Çakarita Juniors", "Torreense" və "Defensa Xustusiya" klublarında da oynayıb.

