Bu gecə Braziliyada Superkubok uğrunda oyun keçirilib.
Prosport.Az xəbər verir ki, Rio-De-Janeyroda mükafat uğrunda reallaşan görüşdə “Botafoqo” ilə “Flamenqu” üz-üzə gəlib.
Gedişatda yağış üzündən bir saatlıq fasilə yaranan oyun “Flamenqu”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qış “Qarabağ”dan “Flamenqu”ya transfer olunan Juninyu ehtiyat heyətdə yer alıb. O, 80-ci dəqiqədə matçda dubl edən Bruno Enrikenin əvəzinə meydana çıxıb.
“Flamenqu”nun 4-cü dəfə kuboku qazanması Juninyunun Braziliyada ilk titula sahib çıxması deməkdir.

