Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bizi bu yolla əzmək istəyirlərsə, onlarda istək olaraq qalacaq" – Elmar Baxşıyev
    1.02.2025 22:12:24

    "2 fərqli hissə izlədik. İlk hissədə komanda olaraq oyunumuz alınmırdı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. 1 xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı oyunlara hazırlaşacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XXI turunun “Sumqayıt”la görüşündən (0:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Ola bilər ki, rəqib başqa cür oynadı deyə, gözlədikləriniz alınmırdı?
    – 
    Vaqif Cavadovun gəlişindən sonra "Sumqayıt" daha dinamik və aqressiv oynayır. Təhlükəli komanda olduğunu bilirdik. Rəqibin üstün cəhətlərini də komandamıza göstərmişdik. Onlar özgüvənli komandadır, yaxşı iş görürlər.

    – Samir Abasov bildirmişdi ki, "Qarabağ"dan başqa heç bir klub dominant futbol oynaya bilmir. Bu haqda fikriniz necədir?
    – 
    Dominant futbola doğru illərlə getmək lazımdır. Birdən-birə alınan bir şey deyil. Çalışmaq lazımdır. Kim desə ki, "Araz-Naxçıvan" sırf müdafiədə oturub, öz bəxtini əks-hücumlarda axtarır, elə də deyil. Komandadan daha çox hücumda olmaq tələb olunur. Büdcə də lazımdır, istədiyin material da əlinin altında olmalıdır ki, hücumda daha kreativ olasan.

    – Qış fasiləsindən sonra meydana çıxdığınız 2-ci oyundur ki, matç aqressiv keçir, sanki oyunlara təzyiq altında çıxırsınız. "Zirə" ilə matçda aqressiya var idi. Bu nədən irəli gəlir, çempionatın gərginliyindən, yoxsa rəqiblərlə bağlıdır?
    – 
    Epizodlara da baxsanız, bizim futbolçular necə sarı alırlarsa, burada rəqibi də vurğulamaq lazımdır. Rəqib də yaxşı çalışır ki, onları provakasiyaya çəksin. İdman stresdən ibarətdir. Stresin altında olmalısan ki, hansısa mərhələyə gəlib çıxasan. Sizin sual verməyiniz normaldır. Mən də onu normal şəkildə cavablandırıram. Bizdə nə qıcıq yaradır? 80-cı dəqiqədə "Sumqayıt"ın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır. Amma biz də baxırıq ki, dəqiq penaltidir. Nə VAR-a baxırlar, nə VAR-dan çağırırlar. Möhkəm komandayıq. Bizi bu yolla əzmək istəyirlərsə, əfsuslar olsun ki, onlarda istək olaraq qalacaq. Bizə qarşı diqqətli olsunlar.

    – Onda belə çıxır ki, siz 2 cəbhədə mübarizə aparırsınız: meydanda və meydandan kənarda...
    – 
    Komanda və məşqçilər olaraq, üzərimizə düşən meydanda mübarizə aparmaqdır. Digər amillər mənlik və komandama aid deyil. Komandama inanıram, möhkəm və sağlam kollektivimiz var. Öz iradəmizdən geri çəkilməyəcəyik.

    – Qış fasiləsindən sonra 3 fərqli nəticə qazanmısınız. Qeyri-stabillik davam edəcək?
    – 
    Nəticə olaraq, siz bizi qeyri-stabil göstərmək istəyirsiniz. Məni maraqlandıran oyun keyfiyyətidir. Komandam o keyfiyyəti mənə geri qaytarmağa çalışır. Bəzən istədiyim bu oyundakı kimi olur. 5-6 qol epizoduna girirsən, dəyərləndirə bilmirsən. Ona görə nə siz məni, nə də mən komandamı günahlandıra bilərəm. Epizoddur, futboldur, futbolun yazılmamış qanunları var. Onunla barışmalısan.

    – Matçın nəticəsini ədalətli hesab edirsiniz?
    – 
    Məncə, 1 xala da sevinmək lazımdır. Hər xal dəyərlidir. Onun üzərində dayanmayacağıq. Daha çox qarşıdakı matçlara köklənəcəyik.

    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved