“Zirə” klubu 2 futbolçusu ilə müqavilənin müddətini artırıb.
Prosport.Az xəbər verir ki, Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalanıb.
Hər iki oyunçu 2027-ci ilin yayınadək "qartallar"ın formasını geyinəcək.
Qeyd edək ki, Nigerdən olan İssa Cibrilla 2022, qvineyalı Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.

