Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Özüm də reallığa yox, adımıza aldandım" – Samir Abasov
    31.01.2025 22:22:58

    "Neftçi" Misli Premyer Liqasının XXI turunda doğma meydanda "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Çempionatdakı bütün komandalarla oynamaq çətindir. Asan oyun yoxdur. Bütün matçlarda bu cür əziyyət çəkməyimiz normal haldır. Hər iki hissədəki çıxışımızdan razı qaldım. Bu gün həddindən artıq nizam-intizamlı oynamağımız, rəqibə epizod verməməyimiz məni çox sevindirdi. "Şamaxı"nın heyətində də əlinə düşən epizodları dəyərləndirməyi bacaran futbolçular var. Bu da biz və digər komandalar üçün çətinlik yaradır. Azərbaycan Kubokunda keçirəcəyimiz oyuna da köklənmişik. Bugünkü qələbə həmin matç üçün bizə bir növ motivasiya oldu. 

    – Bu gün bir sıra futbolçuların, ələlxüsus Emin Mahmudovun performansında irəliləyiş gözə çarpdı. Bir həftə ərzində nəyi dəyişdiniz ki, məğlubiyyətdən sonra futbolçular bu cür çıxış etdi?
    – Ötən turdakı məğlubiyyətin ən böyük səbəbkarı kimi özümü görürəm. Çünki özüm də reallığa yox, adımıza aldandım. Baxmayaraq ki, həmin qarşılaşmada da nizam-intizamlı çıxış etdik, lakin yenə də deyirəm, adımıza aldandıq. Və nəticə də göz qabağında idi. Bugünkü matçda reallığı ortaya qoyduq. Rəqibə epizod verməməli, həddindən artıq düzgün oynamalıyıq. Bizim də reallığımız budur. Xeyli iş görülməlidir. Bu, qapıçıdan başlamış, hücumçuya qədər olan bir prosesdir. İnşallah, qarşıdakı oyunlarda da "Neftçi"nin reallığını göstərməyə çalışacağıq.

    – Etiraf edək ki, ilk yarım saat ərzində "Şamaxı" daha yaxşı çıxış edirdi...
    – Andrey Ştoqrin xeyli müddət meydanda olmadı, daha sonra isə əvəzləndi. Onun yerinə meydana daxil olan Ervin Kofidə təngənəfəslik vardı, çünki birdən-birə meydana daxil olmuşdu. Bu amili nəzərə alsaq, rəqibə üstünlük vermiş olduq. Lakin sonradan matça nəzarəti ələ ala bildik.

    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Futbol

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44
    Futbol

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19
    Futbol

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47
    Futbol

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    Futbol

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42

    "Sabah"la oyuna çıxmayan bu komanda çempionatdan kənarlaşdırıldı

    25.11.2026 17:15:21

    "Sabah"ın gəncləri 7 cavabsız qolla uduzdu

    25.11.2026 16:56:33

    "Rəqibim ilk məğlubiyyətini məndən alacaq" – Məhəmmədəli Osmanlı

    25.11.2026 16:42:29

    "Çəkimi sala bilmədiyim üçün mükafatın 20%-dən məhrum oldum" – Tahir Abdullayev

    25.11.2026 16:13:38

    AFFA 2 klubu cərimələdi, məşqçiləri cəzalandırdı

    25.11.2026 15:42:51

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved