"Neftçi" Misli Premyer Liqasında "Şamaxı"nı məğlub edib.
Prosport.Az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib. 45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 9-cu sıradadır.
Qeyd edək ki, XXI turun matçında "Kəpəz" "Sabah"ı 3:2 hesabı ilə üstələyib. Tura fevralın 2-də yekun vurulacaq.

