"Zirə" növbəti transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Ruan Renatonu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.

