"Sumqayıt" klubu iki futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.
Prosport.Az xəbər verir ki, Kristian Velinovski və Nikola Vuynoviç ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Velinovski 2023-cü ildə, Vuynoviç isə ötən ilin yayında komandaya cəlb edilib.

