Azərbaycan millisinin və "Nürnberq"in hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasının XX turunun "Darmştadt"la bugünkü oyununa start heyətində çıxa bilər.
Prosport.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Miroslav Kloze açıqlama verib:
"Emrelinin əsas heyətdə yer alması tamamilə mümkündür. Məşqdə özünü yaxşı tərəfdən göstərib”.
Xatırladaq ki, Mahir Emreli cəza səbəbindən ötən tur “Şalke” ilə matçı buraxmaq məcburiyyətində qalmışdı.

