“Sumqayıt”ın futbolçusu Kristian Velinovski komandadan ayrılıb.
Prosport.Az xəbər verir ki, şimali makedoniyalının yeni iş yeri də bəllidir.
Yarımmüdafiəçi “Qabela” klubuna keçib. Heyətini tamamilə yeniləyən klub Velinovskidən başqa ,daha 13 transferi açıqlayıb.
Qeyd edək ki, Velinovski 2023-cü ilin sentyabrından “Sumqayıt”da çıxış edirdi. O, bu mövsüm cəmi 2 oyunda meydana çıxmışdı.

