Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bizim işlərimiz 5 milyonla düzəlməyəcək" – Qurban Qurbanov
    31.01.2025 04:09:45

    "Rəqibi təbrik edirəm. Çox vacib qalibiyyət əldə edərək növbəti mərhələyə çıxdılar. Onlara uğurlar arzulayıram".

    Prosport.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Olimpiakos"la oyundan sonra deyib.

    Təcrübəli mütəxəssis Avropa Liqasının sonuncu turunda 0:3 hesablı məğlubiyyəti şərh edib: "Bu gün yaxşı atmosfer vardı. Çox dinamik oyun getdi. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi. Onların ifasında bunu gördüm. Əfsuslar olsun ki, futbol səhvlər üzərində qurulub. Texniki səhvlərdən sonra qapımızda üç qol gördük. Hər bir halda Avropa Liqası bizim üçün bitmişdi. Düşünürəm ki, növbəti mövsümə hazırlaşmaq üçün builki oyunlar bizim üçün böyük təcrübə oldu. Ümumiyyətlə, Avropada futbol tamamilə dəyişir. Məncə, biz gələn il üçün böyük fayda əldə etdik. Hər bir halda futbolçularımın yanındayam. Ötən illərdə belə mərhələlərdən keçmişik, həm uğurlarımız, həm də uğursuzluqlarımız olub".

    - Bu gün "Qarabağ" Avropa Liqasında sonuncu yeri tutdu və ən çox qol buraxan komanda oldu. Halbuki ötən il təxminən bu vaxtlar "Qarabağ" 1/4 finala çıxmağa yaxın idi. Bu mənada oyun planında komandaya nə mane oldu ki, avrokuboklarda son illərin ən zəif nəticəsini göstərdi?

    - Futbol elə bir oyundur ki, hər il uğurlu olmaq mümkün deyil. Bəli, çox qol buraxdıq. Müdafiədə zəif çıxış etdiyimizi qəbul etməliyik. Digər tərəfdən çox yaxşı komandalara qarşı oynadıq. Ümumiyyətlə, Avropa təcrübəsinə baxsaq, görərik ki, nadir hallarda az top fərqi ilə hesablar olur. Əlbəttə, ötən il daha yaxşı nəticə qazanmışdıq. Bəzən düşündüyünü meydanda edə bilmirsən, rəqib səndən daha üstün olur. Çatışmazlıqlarımızı görürük, aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Digər tərəfdən komandanı ilboyu eyni səviyyədə saxlamaq heç də asan deyil. Çünki futbol kollektiv oyundur. Oyun üslubunu qoruyub saxlamaq üçün futbolçuların da səviyyəsinin yüksək səviyyədə qalması çox vacibdir. Ola bilər ki, bu baxımdan da müəyyən problemlərimiz oldu. Qarşıda vaxtımız olacaq ki, oyunlarımızı daha yaxşı analiz edib səhvlərimizi tapaq.

    - Komandanızın yaxşı mübarizə apardığını qeyd etdiniz. Ancaq son iki avrokubok oyununda, xüsusilə də, Juninyunun gedişindən sonra komandanın hücum xəttində problemlər görünməyə başladı. Onun satışından əldə olunan vəsaitlə "Qarabağ"a 1-2 milyon dəyərində hücumçu almağı düşünürsünüzmü?

    - Məncə, bu sualın ətrafında danışmalı olsam, bir xeyli vaxt lazım olacaq. Juninyo haqqında onu deyə bilərəm ki, yaxşı oyunçu idi. Həmişə demişəm ki, sağlam futbolçuların sayı nə qədər çox olsa, mənim işim bir o qədər asanlaşır. Altı oyunun beşində məğlub olmuşduq. Həmin vaxt Juninyu da bizimlə idi. Matçlar olub ki, kimlərsə oynamasa belə, yaxşı nəticələr əldə etmişik. Ümumi oyunların gedişatına baxsaq, heç də zəif təsir bağışlamamışıq. Biz bu gün Juninyunun satışından əldə olunan 5 milyondan danışırıqsa, bu pulla bizim işlərimiz düzəlməyəcək. Çünki hər il oynadığımız komandaların ümumi büdcələrini müqayisə etsək, biz son pillələrdə qərarlaşırıq.

    Ola bilər, kənardan görünür ki, hücum xəttində "dişsizlik"dir və yaxud digər mövqelərdə problemlər var. Bunadək 5 milyona oyunçu satmırdıq, ancaq keyfiyyətli komanda formalaşdırmışdıq. Bu gün də komanda keyfiyyətli oynayır, sadəcə uğursuz il oldu. Komandanı formalaşdırmaq haqqında biz aylardır ki, düşünürük. Əfsuslar olsun ki, bu istiqamətdə müəyyən çətinliklərimiz var. Ancaq nələrisə dəyişmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda vaxtımız olacaq. İnanıram ki, problemin 50%-ni həll edə biləcəyik.

    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved