"Yuventus" Timoti Veanın keçidini həll etmək üzrədir.
Prosport Az xəbər verir ki, bu haqda məlumatı tanınmış İtaliyalı insayder Canluka Di Marzio verib. Mövsümü uğursuz başa vuran İtaliya nəhəngi "Yuventus" transfer çalışmalarını davam etdirir.
"qoca sinyora" "Lill" klubunun gənc futbolçusuna görə qarşı tərəfə 12 milyon avro ödəyəcək. Veanın yeni komandası ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. Gənc forvard "Yuventus"da hər mövsümə görə 2 milyon avro maaş alacaq.

