Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin Tailandda nə qədər pul alacağı müəyyənləşib.
Prosport.Az Tailand mətbuatına istinadən xəbər verir ki, o "Buriram Yunayted"də 750 min avroya qədər və ya təxminən 28 milyon bat (Tailand valyutası) alacaq.
Bu da təxminən aya 2,3 milyon bat edir. Tailand mətbuatının yazdığına görə, bu kifayət qədər yüksək rəqəmdir və Ramil Şeydayev ölkə çempionatında ən çox maaş alan futbolçulardan biri olacaq.

