Juninyunu 5 milyon avro qarşılığında "Flamenqu"ya satan "Qarabağ" daha bir futbolçusunu itirə bilər.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət Elvin Cəfərquliyevdən gedir.
Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"ın müdafiəçisi üçün təklif göndərib.
2023-cü ilin yayında Kvabena Ovusunu "Qarabağ"dan transfer etmiş "Ferentsvaroş"un bu dəfə millimizin müdafiəçisinin xidmətində maraqlı olduğu bildirilib.

