Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın Avropa Liqasındakı ən yaxşı və pis göstəriciləri
    27.01.2025 12:15:29

    “Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Avropa Liqasındakı çıxışı ilə diqqət mərkəzindədir.

    Prosport.Az xəbər verir ki, polşalı qolkiper turnirdə ən çox qurtarış edən qapıçılar sırasındadır.

    24 yaşlı futbolçu bu mövsüm çərçivədə durduğu 5 görüşdə ümumilikdə 22 “seyv”lə yadda qalıb ki, bu göstəriciyə görə 9-cu pillədədir. Cədvələ 31 “seyv”lə Kiyev “Dinamo”sunun qapıçısı Georgi Buşan başçılıq edir.

    Digər tərəfdən Koxalski ən çox qol buraxan qapıçıların sıralamasında 4-cü pillədədir. Polşalı 12 dəfə mərkəzə dəvət edilib. Təl-Əviv “Makkabi”sinin qolkiperi Roi Mişpati 16 top buraxıb ki, bu baxımdan hamını qabaqlayır.

    “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç isə turnirdə ən çox kobudluğa məruz qalan futbolçudur. Monteneqrolu 7 qarşılaşmada 28 dəfə cərimə zərbəsi ilə dayandırılıb. O, ən yaxın izləyicisi olan “Fənərbağça”nın yarımmüdafiəçisi Fredi 6 cərimə zərbəsi qabaqlayır.

    Yassin Benzia isə ən çox korner yerinə yetirənlərin siyahısında yuxarı pillələrdədir. Əlcəzair millisinin üzvü 6 matçda 21 dəfə künc nöqtəsindən topu oyuna daxil olub. Benzia bu sıralamada 6-cıdır. Siyahıya 29 kornerlə “Real Sosyedad”lı Brais Mendes başçılıq edir.

    O ki qaldı komanda göstəricilərinə, “Qarabağ” Liqa mərhələsində ən çox məğlubiyyət görən iki klubdan biridir. Azərbaycan çempionu və Ukrayna təmsilçisi “Dinamo” 6 dəfə meydanı məğlub tərk edib. Ağdamlılar topa sahib olmada isə 6-cı yerdədir. Komanda orta hesabla hər matçda 54,1 faizlik göstəriciyə imza atıblar.

    “Qarabağ” ən çox cərimə zərbəsi qazanan ikinci kollektivdir. Qurban Qurbanovun yetirmələri 7 matçda 130 dəfə belə vəziyyətdən topu oyuna daxil ediblər. Ağdamlılar lider “Fənərbağça”dan cəmi 3 cərimə zərbəsi geri qalır.

    Təmsilçimiz Kiyev “Dinamo”sundan sonra turnirdə ən çox qol buraxan ikinci komandadır. Ukraynalılar 18, “Qarabağ” isə 17 dəfə mərkəzə dəvət olunub.

    Futbolçuları ən çox kobudluğa məruz qalan klubların siyahısında isə “Qarabağ” üçüncüdür. Çempionumuzun oyunçularına qarşı 106 kobudluq qeydə alınıb. Lider “Fənərbağça”nın futbolçuları isə 124 dəfə kobudluqla dayandırılıb.

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved