Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbolun belə çirkin tərəfləri də var" – Qurban Qurbanov
    26.01.2025 22:15:07

    "Qarabağ" Milli Premyer Liqasının XX turunda öz meydanında "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Məğlub olmaq istəməzdik. Təəssüflər olsun ki, bu gün uduzduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildi. Futbolun belə çirkin tərəfləri də var. Bir dəqiqənin içində hər şey tam əksinə çevrilə bilir. "Turan Tovuz"u təbrik edirəm.

    – Son 2 oyunda kornerdən 4 qol buraxmısınız. Bunun üzərində çalışırsınız?
    – FKSB ilə oyundakı problemlərdən danışdım. Bugünkünə gəldikdə, mən bilmirəm qapıçı meydançasında qayda pozuntusu necə olur. 5 nəfər qapıçını əhatəyə alırsa, topa çıxmağa qoymursa, buna reaksiya vermirlərsə, nə deyim? Rəqib oyunçular qapıçını əllə, bədənlə itələyir. Bu tək indi deyil. Biz həmişə qalib gələn komandanı təbrik edirik. Neçənci oyundur ki, belə olur. Reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdırsa, mən bilmirəm, bu necə toxunulmazlıqdır. 2-ci qolu başa düşürəm, səhv etdik. Orada cərimə var idi? Sanki hakimlər belə epizodlara bəsit yanaşır. Camaatın burada haqqı var, əziyyət çəkirik. Belə olmaz axı. 12 yaşlı uşaqlara hakimlik etmirsən ki. Düz nədirsə, onu ver. Kornerdə bilmirəm ki, qapıçıya qarşı kobudluq necə olur. Onda 11 oyunçu ilə oynayaq. Bütün oyunlarda bu hallara rast gəlirik. Bu, məğlub olmağımıza səbəb deyil. Amma neçə oyunda bunları görmüşük. 2 əllə futbolçumuzu itələyirlər. Əsas buna görə əsəbləşdim. Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevə verilən tapşırıq ancaq qapıçı ilə oynamaqdır. Başqa işi yoxdur. Şahruddin Məhəmmədəliiyev topa gedir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədir? Top göydə olanda oyun saxlanılmalı idi. Nə isə, rəqibi təbrik edirəm. Çox istəkli idilər.

    – Hakimlərin qərəzli olduğunu düşünürsünüz?
    – Yox. Məsuliyyətsizlik deyərdim. Cavid Cəlilov qayda-qanunu biləndir. Əvvəlki komitə sədri ilə gəlib qaydaları bizə başa salırdı. "Qarabağ"dır, "Neftçi"dir, "Turan Tovuz"dur, fərqi yoxdur. Camaat aylardır ki, əziyyət çəkir.

    – AFFA İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsınız?
    – Yox, ehtiyac da yoxdur. Ora bunu qabartmaq yeri deyil. Biz futbolçularımızdan tələb edirik. Məsuliyyət çox vacib şeydir. Aldığımızın haqqını verməliyik. Çünki ailəmizi bu işlə dolandırırıq. Hamı bu cür yanaşmalıdır. Hakim ümumiyyətlə məsuliyyətli olmalıdır.

    – Rəqibin penalti gözlədiyi epizodlar da var idi. Bunları necə şərh edərdiniz?
    – Olsaydı, verərdilər.

    – Musa Qurbanlı meydandan çıxandan sonra Yassin Benziya hücumda oynadı. Bundan sonra da onu həmin mövqedə görə bilərik?
    – Bütün oyunlarda yox, hansısa oyunda edəcəyik.

    – Rəsmi danışıq apardığınız futbolçular var?
    – Yox. Heç bir futbolçu ilə danışıq aparmırıq. 1-2 futbolçu ilə maraqlandıq, özləri ilə danışdıq. Danışıq elə orada da qaldı. Hansısa təklif göndərilməyib.

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved