“Qalatasaray” daha bir futbolçusu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, İstanbul klubu sol cinah müdafiəçisi Emre Taşdemirlə vidalaşıb.
Tərəflər müddəti bitən müqaviləni yeniləmək istəməyiblər.
Emre “Qalatasaray”a 4,5 il öncə “Bursaspor” klubundan transfer gəlmişdi. O, bu komandada 37 oyuna çıxıb 1 qol vurub.

