“Qəbələ” ilə müqaviləsi başa çatan İsnik Aliminin yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, o, karyerasını Rumıniyanın “Sepsi” klubunda davam etdirəcək.
Bu haqda klubun saytı məlumat yayıb. Lakin 29 yaşlı oyunçu ilə imzalanan müqaviləni detalları açıqlanmayıb
Qeyd edək ki, alban əsilli şimali makedoniyalı İsnik Alimi 2021-ci ildən“Qəbələ”də çıxış edirdi. O, ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, 9 qol vurub.

