Ukraynanın "Çernomorets" klubu Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin transferini rəsmən açıqlayıb.
Prosport.Az xəbər verir ki, "Polessye"yə məxsus olan Emil mövsümün sonuna qədər icarə əsasında Odessa təmsilçisində çıxış edəcək.
O, artıq Türkiyədə təlim-məşq toplanışında olan "Çernomorets"in düşərgəsinə qoşulub.

