"Barselona" ilə müqavilə müddəti başa çatan Serxyo Busketsin karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi MLS klubu "İnter" (Mayami) ilə 2025-ci ilədək müqavilə imzalayıb.
Qeyd edək ki, bir neçə gün öncə MLS təmsilçisi daha bir sabiq "Barselona"lı Lionel Messini heyətinə qatmışdı.

