Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yaxşı oyun xal vermir, bunun çarəsini tapmalıyıq" - Ayxan Abbasov
    24.01.2025 16:43:58

    "Üzücü məğlubiyyət oldu. Belə oynayıb məğlub olanda adam ikiqat üzülür. Matç baxımından futbolçularımız yaxşı performans göstərdi. Birinci hissənin son saniyəsində diqqətsizlikdən qol buraxdıq. Belə qol rəqibə psixoloji üstünlük verir. "Zirə"yə qarşı qolları qaçırmaq üzücüdür. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadır. İkinci qolu da elə vurdular. Çempionat davam edir. Fərdi səhvləri azaltsaq, nəticələr yaxşı olacaq. Çox çalışmalıyıq. Daha yaxşı olacağıq. Buna inanıram".

    Prosport.Az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XIX turunun "Zirə" ilə görüşündən (1:2) sonra keçirilmiş mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - Sizcə, oyunun ədalətli nəticəsi nə idi?

    - Məncə, heç-heçə idi.

    - Arsen Ağcabəyov sonun dəqiqədə qol epizodunu qaçıranda nə hiss etdiniz?

    -  Ondan qabaq da Belaydi Pusinin 100 faizlik epizodu var idi. Bu epizodlara girmək özü bir işdir. Futbolçuların əziyyətinə görə üzülürəm. Oyun bizə siqnal verir ki, daha yaxşı olacağıq.

    - Müdafiədə fərdi səhvlər çoxdur. Hansı addımı atmağı düşünürsünüz?

    - Düz qeyd edirsiz. Həm "Qarabağ"la matçı, həm də bugünkü oyunu fərdi səhvlərə görə uduzmuşuq. Bunun çarəsini tapmalıyıq. 

    - "Şamaxı" yaxşı oynayır amma nəticə yoxdur...

    - Bilirik ki, yaxşı oyun xal vermir. Amma bizim məqsədimiz bəllidir. O məqsədə çatmaq üçün bu oyun bizə ümid verir.

    - Qışda ən çox transfer edən klub "Şamaxı" oldu. Transfer işini yekunlaşdırmısınız?

    - Ən çox transfer etməyimizin səbəbi odur ki, ən çox bizdən oyunçular gedib. Mövsümün əvvəlində təsdiq olunmuş büdcədir. Yəqin bir transfe də edib kifayətlənərik.

    - Premyer Liqada komanda sayının artırılıb legioner limitinin ləğv olunacağı ilə bağlı söz-söhbətlər var. Sizcə, bu ölkə futboluna fayda verər?

    - Həmişə komanda sayının daha çox olmasının tərəfdarıyam. Çünki 4 dövrə oynamaq çətindir. Komanda sayı artsa, yerli futbolçular da oynayacaq, gənc oyunçular üzə çıxacaq. Bütün komandalar legioner gətirməyəcək, hamı avrokuboklar üçün oynamayacaq. Şərait baxımından da inkişaf etməliyik. Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir.

    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved