"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Tovuz təmsilçisi Joarlem Batista Santosla (Jo) anlaşıb.
Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. 29 yaşlı furbolçu son olaraq Portuqaliya "Şaviş"inin şərəfini qoruyub.
Qeyd edək ki, Jo 2022-ci ilin əvvəlindən 2023-cü ilin yayına qədər "Şaviş"də "Qarabağ"ın sabiq hücumçusu Juninyu ilə komanda yoldaşı olub.

