"Qarabağ"a Belçikanın "Serkl Bruxe" (Cercle Brugge) komandasının mərkəz müdafəçisi Sena Mianque təklif olunub.
Prosport.Az-ın xəbərinə görə, 27 yaşlı futbolçu Milan "İnter"inin yetirməsidir.
Lakin Qurban Qurbanov Kevin Medina kimi daha sərt futbolçu almaq istədiyinə görə, menecerlərin təklifini geri çevirib.
Qeyd edək ki, Konqo əsilli futbolçu peşəkar karyerasına İtaliyada başlayıb. İtaliya A Seriyasında "İnter"lə 3 oyuna çıxmış futbolçu daha sonra 3,2 milyon avroya "Kalyari"yə keçib. 2022-ci ildə "Kalyari"dən "Serkl Bruxe"yə transfer olunan futbolçunun indiki klubu ilə müqaviləsi yayadəkdir. Belçika U-15-dən U-21-dək oynamış futbolçu daha sonra Konqo millisinin xeyrinə qərar versə də, burada oyuna çıxa bilməyib.

