"Neftçi" mövsümlərarası fasilədə daha bir futbolçu ilə vidalaşıb.
Prosport.Az xəbər verir ki, türkiyəli müdafiəçi Mərt Çəliklə yollar ayrılıb.
"Ağ-qaralar" Türkiyənin "Başakşehir" komandasından icarəyə götürdüyü 23 yaşlı oyunçun sözləşməsini yeniləməyib. Mərt Çəlik 2020-ci ilin sentyabrından bu yana “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.
Qeyd edək ki, "Neftçi" daha əvvəl Sezar Meza Kolli və Vato Arveladze ilə əməkdaşlığa son qoyub.

