“Mingəçevir” FK-nın məşqçilər heyətinin müqavilələrinin müddəti bəlli olub.
Prosport.Az xəbər verir k, I Liqa klubu bu gün baş məşqçisi vəzifəsinə Pro kateqoriyalı mütəxəssis Fizuli Məmmədovun təyin edildiyini açıqlayıb. Təcrübəli məşqçi ilə 2,5 +1 illik müqavilə imzalanıb.
Həmçinin, onun köməkçiləri – Mehman Yunusov, Rafael Əmirbəyov və qapıçılar üzrə məşqçi Rauf Mehdiyevlə də eyni müddətə müqavilə bağlanılıb.

