Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov özünə yeni komanda tapıb.
Prosport.Az xəbər verir ki, hücumçu II Liqada çıxış edən "Şəfa" ilə anlaşıb. Albaniyanın "Bilis" klubundan ayrılan forvard aşağı dəstək təmsilçisi ilə anlaşıb.
Qeyd edək ki, "Şəfa" daha əvvəl Premyer Liqa təcrübəsi olan Elmin Əsgərli və Qərib İbrahimovla yollarını ayırıb.

