Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Juninyu Braziliyada bir çox insanı təəccübləndirəcək" – Rişard Almeyda
    22.01.2025 14:10:01

    "İnanıram ki, Juninyu “Flamenqu”da hər cəhətdən fərqlənəcək və Braziliyada bir çox insanı yaxşı mənada təəccübləndirəcək".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Rişard Almeyda keçmiş komanda yoldaşı Juninyunun ölkəsinin “Flamenqu” komandasına keçidi ilə bağlı danışarkən deyib.

    O, 28 yaşlı hücumçunun müdafiəçilərdən topu oğurlayaraq finişə çatmaq qabiliyyətinə malik olduğunu bildirib: “Onun ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna vurduğu qol bunun ən yaxşı nümunəsi ola bilər. Həmin an Juninyu topu peşəkarcasına oğurladı və ötürmə etdi. Daha sonra isə komandamızın digər üzvü Patrik Andradenin assisti ilə topu rəqibin qapısına doğru ustalıqla daşıdı və əla qol vurdu. Ümumiyyətlə, Juninyu topa çox yaxşı nəzarət edə bilən futbolçudur”.

    35 yaşlı oyunçu Juninyunun yeni klubunda ötən mövsüm Braziliya çempionatının bombardirlərindən biri olmuş Pedru ilə birlikdə mükəmməl iş görə biləcəklərini söyləyib: “Pedru ciddi zədə almasına baxmayaraq, 43 oyunda 30 qol vurub. O, meydanda çox qaçan oyunçudur. Juninyu da çox hərəkətli futbolçudur. O, müdafiəçilərin arxasına keçmək üçün yarımmüdafiədə boşluqlar açmağı bacarır. Düşünürəm ki, onlar fərdi bacarıqları ilə meydanda bir-birilərini tamamlaya bilər”.

    Rişard Almeydanın sözlərinə görə, İspaniyanın “Seviya” klubu Juninyunun transferində maraqlı və israrlı olsa da, hücumçu ürəyinin səsini dinləyərək, Braziliya təmsilçisinə keçməyə qərar verib: “Həmin ərəfələrdə Juninyu ilə bu məsələləri birlikdə müzakirə edirdik. "Seviya” həqiqətən də onu heyətinə qatmaq istəyirdi. Juninyu da belə nüfuzlu klubda çıxış etmək üçün həvəsli idi. Amma “Flamenqu”dan təklifin gəldiyi gün fikirlərinin qarışdığını və nə edəcəyini bilmədiyini söylədi. Mən isə ona dedim ki, öz vətəninə gedirsən və əmin ol ki, evinə çatanda Allah sənə ən yaxşı yolu göstərəcək. Nəticədə o çox götür-qoy etdikdən sonra Braziliyaya getməyin doğru yol olduğuna qərar verdi. Fikrimcə, bu onun üçün əla seçimdir. Juninyu istedadını orada da göstərəcək, özünü sübut edəcək. Əgər baş məşqçinin təlimatlarını yerinə yetirə bilsə və komandaya tez bir zamanda uyğunlaşsa, hər şey yaxşı olacaq”.

    Qeyd edək ki, Juninyu "Flamenqu" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved