Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çox da dərinə getmək lazım deyil" – Qurban Qurbanov
    22.01.2025 13:44:20

    UEFA Avropa Liqasının VII turunda keçiriləcək "Qarabağ" – FKSB matçından öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına çıxıb.

    Prosport.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırmamışdan qabaq oyunla bağlı fikirlərini bildirib:

    – İlin ilk Avropa Liqası oyunudur. Matça tam hazır olmaq bizim üçün çox vacibdir. Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Yaxşı komandaya qarşı oynadığımızı bilirik. FKSB çox yaxşı nəticələr göstərmiş komandadır. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərt oyunu ilə seçilib. Sabah vacib mübarizəyə hazır olmalıyıq.

    – Heyətdəki itkilərə əsasən, sabahkı matçda hansısa taktiki dəyişikliyə gedəcəksiniz?
    – Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hücumun qurulmasında, ya başlanmasında hansısa xırda dəyişiklik ola bilər. Amma illərdir ki, hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvlər etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq.

    – FKSB-nin prezidenti Cici Bekali deyib ki, komandası "Qarabağ"ı məğlub edəcək. Bununla bağlı fikriniz necədir?
    – Normal. Bu, idmandır. Hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə verir. Biz də onları məğlub etmək istəyirik. Deyəcək fikrim yoxdur. Normal yanaşıram.

    – Rəqiblər açıqlananda FKSB ilə bağlı nə düşünürdünüz? Onları turnir cədvəlinin üst pillələrində görmək sizin üçün gözlənilməzdir?
    – Rəqiblər açıqlananda elə bir ciddi fikrim olmadı. Bütün komandalara ciddi yanaşıram, heç birinə fərq qoymuram. Sadəcə, hazırlıq zamanı dəyişiklik olur. Amma FKSB-nin nəticəsini də normal sayıram. Göstərdiyi oyuna, məsuliyyətinə görə haqlı nəticələri var.

    – FKSB-nin ən güclü tərəfi hansıdır?
    – Futbol kollektiv oyundur. Kollektiv oyunu təkmilləşdirmək məşqçi və komanda üçün çətindir. Bu komandanın ən üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı çox sadə və çox kollektiv şəkildə oyun intizamını qoruyub-saxlaya bilir.

    – "Qarabağ"ın sahibi Abdulbari Gözəlin vəfatı klub daxilində hansı ab-havanı yaradıb? Onunla bağlı düşüncələriniz necədir?
    – 
    Ağır itkidir. Həm klub, həm də Azərbaycan futbolu üçün belədir. Onun "Qarabağ" və mənim üzərimdə, həmiçin Azərbaycan futbolu üzərində böyük haqqı var. Atdığı addımı düşünərək edən biri idi. "Qarabağ" klubunun uğuru üçün ürəkdən və sevərək addımlar atıb. Onun kimi insanın bizi tərk etməsi hər birimiz üçün böyük itkidir. Klubda üzgünlük var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Nə qədər etsək də, hələ biz bunu yadımızdan tezliklə çıxara bilməyəcəyik. Allah rəhmət etsin.

    – Avropa Liqasında "24-lüy"ə düşmək üçün bu matçda qələbə qazanmalısınız. Bu məqam komandaya psixoloji təsir edir?
    – 
    Qalibiyyət üçün hazırlaşırıq. Amma çox da dərinə getmək lazım deyil. Qələbə üçün hazırlaşmışıq. Sadəcə, rəqibi də nəzərə almaq lazımdır. Asan komanda deyil

    – Matçın hakimi ilə bağlı Rumıniya mətbuatında narazılıqlar var, qəddarlığı ilə seçildiyi iddia olunur. Bununla bağlı komandaya tapşırıqlar vermisiniz?
    – 
    Bu haqda düşünməməyimiz daha yaxşı olar. Oyunqabağı futbolçularımızı psixoloji olaraq buna yönləndirmək düzgün deyil. Amma hər oyundan qabaq futbolçuları hansı hakimin hansı məqama önəm verdiyi barədə məlumatlandırırıq. 

    – Baş məşqçi kimi Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsio Reqekampfın komandalarına qarşı oynamısınız. Hansı məşqçini daha güclü sayırsınız?
    – 
    Hər birini salamlayıram. Hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addır. Futbolda böyük imzaları var. Amma hansının daha güclü olduğunu deməyim düzgün çıxmaz. Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər bir halda, futbolda böyük imzaları var. Onlara uğurlar arzulayıram. 

    – Uzun illərdir ki, "Qarabağ"a rəhbərlik edirsiniz. Rumıniyada isə klublar tez-tez baş məşqçini dəyişir. Məşqçilər adətən maksimum 2 il işləyir. Rumın məşqçilərə məsləhətiniz nə olardı?
    – 
    Bəlkə Rumıniyada məşqçilər çoxdur deyə, bu qədər dəyişikliklər edirlər. Özüm barədə isə danışmayacağam (gülür).

    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Futbol

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44
    Futbol

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19
    Futbol

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47
    Futbol

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    Futbol

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42

    "Sabah"la oyuna çıxmayan bu komanda çempionatdan kənarlaşdırıldı

    25.11.2026 17:15:21

    "Sabah"ın gəncləri 7 cavabsız qolla uduzdu

    25.11.2026 16:56:33

    "Rəqibim ilk məğlubiyyətini məndən alacaq" – Məhəmmədəli Osmanlı

    25.11.2026 16:42:29

    "Çəkimi sala bilmədiyim üçün mükafatın 20%-dən məhrum oldum" – Tahir Abdullayev

    25.11.2026 16:13:38

    AFFA 2 klubu cərimələdi, məşqçiləri cəzalandırdı

    25.11.2026 15:42:51

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved