“Biz ən yaxşı heyətlə oynayacağıq”.
Prosport.Az xəbər verir ki, bunu FKSB-nın sahibi Cici Bekali deyib.
Rumıniyalı funksioner Avropa Liqasının “Qarabağ”la oyununda meydana çıxacaq heyətə toxunub. O, müalicəsi yeni başa çatan Vlad Çiriçeşin ən azı birinci hissədə meydanda olmasını vacib sayır: “Çiriçeş komandada açar rolunu oynayır. Meydana çıxacaq heyətə güvənirəm. Ümid edirəm ki, qalib gələcəyik”.
Qeyd edək ki, “Qarabağ”la FKSB arasında oyun yanvarın 23-də keçiriləcək.

