Ötən mövsüm uğursuz çıxışla yadda qalan "Çelsi" transfer bazarında fəallığı ilə seçilən klublardan biridir.
Prosport.Az xəbər verir ki, "zədəganlar" "Villareal" klubunun hücumçusu Nikolas Ceksonu 35 milyon avro qarşılığında transfer etməyə yaxındır.
Qeyd edək ki, "Çelsi" bundan öncə "Leyptsiq"dən Kristofer Nkunku və "Lion"dan Malo Qustonu heyətinə cəlb etmişdir.

