Bu gün Almaniya Bundesliqasının XVIII turunda oyununda “Nünbeq” “Kalsrue” ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, bu görüşdə millimizin üzvünün komandası 2:1 qalib gəlib.
Meydana start heyətində çıxmış Mahir Emreli 45+2-ci dəqiqədə rəqib qapıçı Maks Vayssla mübahisə etdiyi üçün sarı vərəqə alıb. İlk dəfə saçını ağ rəngə boyamış futbolçumuz 72-ci dəqiqədə Lukas Şlayma ilə əvəzlənib.
Qeyd edək ki, “Nünbeq” 25 xalla 11-ci pillədədir.