Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Problemlərimiz var, aradan qaldıracağıq" - Samir Abasov
    19.01.2025 21:13:53

    "Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XIX turunun “Sabah”la oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

    Prosport.Az verir ki, o, jurnalistlərin suallarını da cavablandırıb.

    - Matçın sonlarına yaxın sanki siz başqa şey fikirləşirdiniz, futbolçular bununla razı deyildi. Qazanılacaq bir xalı itirməkdən qorxdular və risk etmədilər...

    - Meydana qələbə üçün çıxmışdıq. Çox ümidli və motivasiyalı idik. Qəbələ toplanışında öz kanalımıza müsahibəmdə də hər şeyin möhtəşəm keçdiyini demişdim. Bu gün uduzsaydıq, nə deyəcəyimi bilmirdim. Qol buraxıb, qol vurursansa, ruhlanırsan. Biz kənardan nə qədər istəsək də, futbolçuların fiziki durumunu, yorğunluğunu da nəzərə almalıyıq. Deməzdim ki, istəmirdilər və bir xal üçün oynayırdılar. Qorxu bəzi futbolçularda ola bilər. Bu da xal itirməklə bağlıdır. Yaxşı, maraqlı oyun odlu. Qol çox olmadı, epizodlar da həmçinin. Futbolçulara təşəkkür edirəm. İşimiz elə çoxdur ki... Oyun intizamını düzəltmək lazımdır. Psixoloji məqamlar da var. "Neftçi" adına çox hücum etməliyik. Əhatəsi böyük məsələdir. Bunlar bir günlə düzəlməyəcək. Bu gün meydanda kim hara düşmək lazım idi, onu düzgün etdi. Rəqibə çox epizod vermədik. Dörd qol buraxdığımız oyunlar var idi. Hücumlarda daha da kəsərli olmalıyıq. O da pis sezilən tərəf idi. Aradan qaldıracağıq. Uzunmüddətli iş görməliyik ki, hamısı düzəlsin. Futbolçular tempə dözsün, diqtə edən tərəf biz olaq. Bu tempə dözmək üçün hər şey yerində olmalıdır. Problemlərimiz var, aradan qaldıracağıq. Vaxt lazımdır.

    - Onları daha tez aradan qaldırmaq üçün qışda yoxlama görüşü köməyinizə gəlməzdi?

    - 18 oyuna problem aradan qalxmayıbsa, yoldaşlıq görüşü ilə düzələn deyil. Bu haqda danışmışıq. Hər şeyi o toplanışa bağlayırıqsa, tam razıyam. Meydanda işlədiklərimizi gördük. Yoldaşlıq görüşləri ilə hər şey düzələn deyil. Amma daha yaxşı olacaq, inanıram. 

    - Azarkeşlərin daha iddialı "Neftçi" görməsi üçün nə qədər vaxt lazımdır?

    - Demişdim axı, martın 22-si (gülür). 

    - Reallığa baxaq. Vaxtla bağlı rəhbərliyə nəsə demisiniz?

    - Yox, bu qədər vaxt lazım olduğunu deməmişəm. Bu klubda futbolu tək anlayan mən deyiləm. Mən deyən düzdür deyə, bir şey yoxdur. Rəhbərlik də hər şeyi yaxşı başa düşür. Biz də başa düşməliyik ki, onlar hər zaman yaxşısını gətirib. Onlar da daha yaxşı "Neftçi" olmasına çalışır. Mənim futbolçularımı efirdə, saytlarda yerdən-yerə vururlar. Bu futbolçu filan şey etmədi, bu futbolçu oynaya bilmir. Onlar oynaya bilmirsə, dominant futbolu necə oynayaq? Dominant futbol oynamaq üçün uzun proses keçməlisən. Kökə bağlı bir şeydir. İlin əvvəlindən qurduğun işə bağlanır. Ayaqda durmağı bacarmalısan və komanda, məşqçi işi ortada olmalıdır. Sizin gözünüzdən qaçan şeylər var ki, mən də razıyam, daha çox şey tələb edirik. Amma tələb edəndə düşünürəm ki, o futbolçu bunu edə bilər? Bizdən yuxarıda gedən komandalar... "Qarabağ"ı çıxaq. Orada artıq sistem məsələsi var. Digər komandalar bir-biri ilə oynayanda, hansı dominantdır? Bəlkə bu dominant məsələsi başqadır, sual verənlərin anladığı dominant başqa? Mən anladığım dominant futbol bir günlə düzələn bir şey deyil. Onun üçün kökün olmalıdır, ayaqda duran komanda olmalısan. Rəqib artıq bilməlidir ki, bu sənin oyunundur. İki-üç aylıq məşqçi dəyişikliyi ilə düzələsi bir şey deyil.

    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved